Modern.az

“Qiyamət günü”nə təyyarə bileti alan yoxdur

“Qiyamət günü”nə təyyarə bileti alan yoxdur

Təhsil

18 Dekabr 2012, 10:52

Mayya təqviminə görə, 21 dekabr – “Qiyamətin qopacağı gün”dür. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, “qiyamət xəbəri” Türkiyədə hava nəqliyyatını iflic edib. Şirkətlərin 21 dekabra olan biletləri satılmayıb. Buna görə də, biletlərin qiyməti aşağı salınıb. Xüsusi turizm şirkətinin rəhbəri Murat Ersoy bildirib ki, “Müştərilər biletləri bir gün öncə və bir gün sonrasına alır”.

21 dekabr günündə sərnişinlərin sadəcə Türkiyədə deyil, başqa ölkələrdə də sayının az olduğu bildirilir. Murat Ersoy qeyd edib ki, Avropa və Amerikada 21 dekabr günündə təyyarələrin boş qalacağı gözlənilir. Hətta 21 dekabrda əvvəldən bilet alanlar uçuşun vaxtının dəyişməsini tələb edirlər.

Sevinc

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı