Modern.az

Con Kerri Azərbaycan üçün arzuolunmaz şəxsdir - Politoloq

Con Kerri Azərbaycan üçün arzuolunmaz şəxsdir - Politoloq

18 Dekabr 2012, 11:26

ABŞ-ın keçmiş senatoru, ermənipərəst mövqeyi ilə seçilən Con kerrinin dövlət katibi təyin olunacağı haqda yayılan xəbərlər nəinki dünya miqyasında, həmçinin Azərbaycanda da birmənalı qarşılanmadı. Dırnaqarası “erməni soyqırımı”nı dəstəkləyən Kerri türklərə və eləcə də müsəlmanlara qarşı amansız mövqeyi ilə seçilir. Həmçinin mətbuatda yer alan məlumata görə, prezidenti Barak Obama onun xarici işlər naziri postuna gətirilməsinin tərəfdarıdır. Kerri ABŞ-ın dövlət katibi olarsa rəsmi Vaşinqtonun Cənubi Qafqaza və eləcə də Azərbaycana qarşı xarici siyasətində hansı dəyişiklik gözlənilir? Ermənipərəst dövlət rəsmisinin Dağlıq Qarabağ münaqişəsinin həllində nümayiş etdirəcəyi strategiya Azərbaycana nə vəd edir?

Politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında bu və ya digər suallara cavab verib. O, Con Kerrinin dövlət katibi olmasının Azərbaycan üçün arzuolunmaz olduğunu bildirib. Politoloqun fikrincə, Kerri ermənipərəst mövqe nümayiş etdirməyə çalışsa da ABŞ-ın Azərbaycanla bağlı mövqeyi dəyişməz olaraq qalacaq:

“Con Kerri ermənipərəst mövqeyi ilə tanınır. Təəssüflər olsun ki, o, Suzanna Raysa qarşı irqçilik nöqteyi-nəzərdən müxtəlif materiallar toplayaraq onun dövlət katibi olmasına mane oldu. Ermənipərəst və xristian təəssübkeşi olan bir şəxs dövlət katibi postuna gətirilir. Əgər Kerri xarici işlər naziri gətiriləsərsə o, çox qısa vaxtda ifşa olunaraq Amerikanın dövlət maraqlarına ciddi zərbə vura bilər. Bu baxımdan deyə bilərəm ki, Azərbaycanla ABŞ-ın çox ciddi partnyorluq əlaqələri var.

Dağlıq Qarabağ məsələsində Amerikanın ənənəvi mövqeyi məlumdur. Kerri də bunu dəyilşə bilməz. Onsuz da bu siyasət bizim xeyrimizə olmayacaq. ABŞ tərəfi Madrid prinsiplərinin tərəfdarı kimi çıxış edir. Amma hesab etmirəm ki, Con Kerri Amerikanın bu istiqamətdə mövqeyində dəyişiklik ediləcək. Amerikada siyasəti Kerri müəyyənləşdirmir”, - deyə Q.Hüseynli şərh edib.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı