Modern.az

Misir Mərdanov valideynlərə müraciət etdi

Misir Mərdanov valideynlərə müraciət etdi

18 Dekabr 2012, 12:00

Təhsil Naziri nazir orta məktəblərdə şagirdlərdən pul yığılması hallarından narazılıq edən valideynlərə müraciət edib. Modern.az  xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlama verib.

Nazir bildirib ki,  valideynlər orta məktəblərdə şagirdlərdən pul yığılması halları ilə bağlı birbaşa mənə müraciət etsinlər.

“Mənim internet ünvanım daim açıqdır. Belə hadisələr barədə məlumat eşidən kimi, mən onların qarşısını dərhal alıram. Mən bir daha elan edirəm ki, məktəblərin tikintisi, təmiri də Prezidentin diqqəti və qayğısı sayəsində dövlət tərəfindən ödənilir. Şagirdlərdən hər hansı vəsaitin tələb edilməsinə heç kimin haqqı yoxdur”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı