Modern.az

Qənirə Paşayeva Türkiyə mətbuatında - FOTO

Qənirə Paşayeva Türkiyə mətbuatında - FOTO

Aktual

18 Dekabr 2012, 12:29

Millət vəkili  Qənirə  Paşayeva Giresunda Türkiyənin TRT, Anadolu Agentliyi, CİHAN, İHA televiziya və agentliklərinin, bir sıra mətbuat orqanlarına,  Giresun  televiziya və qəzetlərinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsahibə verib və Giresun Universitetinin rektoru Aygün Attar tərəfindən xüsusi diplomla mükafatlandırılıb. Modern.az-ın məlumatına görə, deputat müsahibəsində və jurnalistlərin suallarına cavab olaraq bildirib ki,  beynəlxalq təşkilatlar və ictimaiyyət artıq 1 milyon azərbaycanlı qaçqın və məcburu köçkünün 20 ildən artıqdır ki, Ermənistan tərəfindən tapdalanmaqda davam edən haqlarına biganə yanaşmamalı, qaçqın və məcburi köçkünlərin öz evlərinə dönə bilməsi üçün səyləri daha da artırmalı, Ermənistana bu istiqamətdə təzyiqləri artmalıdır.  

O, bildirib ki, beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən belə bir təzyiqin olmaması səbəbindən Ermənistan işğal etdiyi  Azərbaycan  torpaqlarının işğaldan azad edilməsi istiqamətində heç bir addın atmır. Millət vəkili Qənirə Paşayeva  Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında  törətdiyi  vandalizm aktları barədə danışaraq bildirib ki, bu gün bu cür addımlar davam edir.

Ermənistan işğal etdiyi azərbaycan torpaqlarında etnik təmizləmə aparmaqla yanaşı bu gün də həmin ərazilərdə azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələri tamamilə dağıdır. Bu bir vandalizm aktıdır və Ermənistan işğal etdiyi azərbaycan torpaqlarında azərbaycanlıların izlrini silmək kimi bir vəhşiliklə məşğuldur deyən millət vəkili Qənirə Paşayeva Ermənistanın işğal etdiyi  Azərbaycan torpaqlarında hətta azərbaycanlılara məxsus qəbirstanlıqları belə dağıtdığını vurğulayıb. O, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında KİV-lərin televiziyaların, agentliklərin, qəzetlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib və KİV-ləri bu istiqamətdə həssaslığı daha da artırmağa çağırıb.  Ermənistanın dinc azərbaycanlılara  qarşı törətdiyi soyqırımın bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində harada yaşamasından asılı olmayaraq bütün Türklər, Türk dünyası birgə çalışmalı və səylərini daha artırmalıdır deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu soyqırımı törədənlərin öz layiqli cəzalarını alması, dünyanın bu soyqırımı pisləməsi və tanınması istiqamətində bütün Türk dünyası o cümlədən onların kütləvi informasiya vasitələri birgə fəal iş aparmalı və səyləri daha da birləşdirməliyik. “Xocalı Soyqırımını unutmayacağıq  və  unutdurmayacağıq” şüarının vacibliyini qeyd edən millət vəkili Qənirə Paşayeva  bu soyqırımın, Qarabağ həqiqətlərinin  dünya ictimaiyyətinə daha geniş çatdırılmasında Türk KİV-lərinin də üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir. Millət vəkili Qənirə Paşayeva 2015-ci ilə doğru ermənilərin özlərinin qondarma erməni soyqırımı iddiaları ilə bağlı daha da aktivləşəcəyini və bunun artıq ciddi şəkildə hiss olunduğunu bildirib və  qondarma erməni soyqırımına qarşı mübarizədə də Türk Dünyası  KİV-nin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayaraq jurnalistlərimiz də daxil olmaqla hər bir insanımızı qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırırıq deyib.

Millət vəkili Qənirə Paşayeva jurnalistlərin suallarına cavab olaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində son vəziyyətlə də bağlı məlumatlar verib. Biz  Azərbaycan olaraq  sülh,  barış istəyirik. Biz istəyirik ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını sülh yolu ilə boşaltsın, tərk etsin. Amma təssüf  ki, Ermənistan  bu  sülhün yaranması  üçün  heç  bir addım atmır. Biz bu  münaqişənin tezliklə sülh yolu ilə həll olunmasını istəyirik.  Çünki torpaqlarımız işğal altındadır və 1 milyon insan öz evinə dönə bilmir.

Düşünün əgər siz atanızın, ananızın, övladınızın qəbrini  20  il ziyarət edə bilməsəniz, evinizi 20 ildə  bir  dəfə   də  olsa görə bilməsəniz hansı faciəvi hisslər yaşayarsınız?

Bu barədə düşünmək belə sizin üçün çətin olacaq. Təbii ki, biz münaqişənin həllini istəyən tərəfik amma Ermənistanda münaqişənin sülh yolu ilə həlli istiqamətində heç bir addım atmamaqla  bölgədə  vəziyyəti  daha da gərginləşdirir. “Bu gün modern dünyanın gözü qarşısında Ermənistan 1 milyon insanın haqlarını kobud şəkildə tapdalamaqda davam edirsə, beynəlxalq təşkilatlar, ictimaiyyət laqeyid qalmamalı, bu faciənin aradan qaldırılması istiqamətində səylərini daha da artırmalı, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin həyata keçməsi istiqamətində Ermənistana təzyiq edilməlidir. Məhz bu təzyiqin olmaması üzündən Ermənistan bu gün də işğalçılıq əməllərini davam etdirir", - deyən millət vəkili  Qənirə Paşayeva  problemin həlli istiqamətində Azərbaycanın göstərdiyi səylərdən və Ermənistanın destruktiv mövqeyindən də danışıb. 

Giresun Universitetinin rektoru Aygün Attar da bu istiqamətdə öz fikirlərini junralistlərlə paylaşıb və onların suallarını cavablandırıb. Giresuna  səfərin sonunda Giresun Universitetinin rektoru Aygün Attarın, millət vəkili Qənirə Paşayevanın və 5-ci  Qara  Dəniz  Beynəlxalq Simpoziumda iştirak edən ölkə təmsilçilərinin iştirakı ilə mətbuat konfransı da keçirilib və jurnalistləri maraqlandıran suallara cavablar verilib. Giresuna səfərin sonunda keçirilən tədbir zamanı isə Giresun Universitetinin rektoru Aygün Attar millət vəkili Qənirə Paşayevaya Universitetin xüsusi diplomunu təqdim edib.

 

 

 

 

 

 

 

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır