Modern.az

“Qiyamət günü” hava necə olacaq?

“Qiyamət günü” hava necə olacaq?

Aktual

18 Dekabr 2012, 13:13

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 19-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntılı, axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir.Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Dekabrın 19-dan 21-dək ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 2-3 dərəcə yüksələcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür