Modern.az

Zeynəb Xanlarovanın oğluna verilən yeni vəzifə dəqiqləşdi

Zeynəb Xanlarovanın oğluna verilən yeni vəzifə dəqiqləşdi

18 Dekabr 2012, 13:19

Modern.az saytı millət vəkili Zeynəb Xanlarovanın oğlu Ramin Babayevin yeni vəzifəsini dəqiqləşdirib. Qeyd edək ki, mediada R.Babayevin də  vəzifəyə təyin olunduğu bildirilsə də, onun təzə işinin konkret nədən ibarət olacağı açıqlanmayıb.

Modern.az saytının araşdırması nəticəsində məlum olub ki, Ramil Babayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Məlumatı əməkdaşımızla söhbətdə Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı da təsdiqləyib. F.Talıblı bildirib ki, Ramin Babayev komitə sədri Ramiz Həsənovun müvafiq əmri ilə həmin vəzifəyə təyin olunub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti ölkə prezidentinin bu il aprelin 4-də imzaladdığı fərman əsasında yaradılıb. Dövlət Akkreditasiya Xidməti aparatının işçilərinin sayı 22 nəfər müəyyən edilib.

Qeyd edək ki, Ramin Babayev əvvəllər prokurorluq orqanlarında müstəntiq vəzifəsində çalışıb.

Gültəkin Ələsgər

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?