Modern.az

Polis polkovniki Bakıdakı qəzada öldü

Polis polkovniki Bakıdakı qəzada öldü

Təhsil

18 Dekabr 2012, 13:45

Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda “Mercedes” markalı minik avtomobili və yük avtomobili toqquşub. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü hadisə yerində ölüb və deformasiyaya uğrayan  avtomobildə sıxılan vəziyyətdə qalan, 1 nəfər sərnişini xəsarət alıb və xəstəxanaya aparılıb. Xilasedicilər sürücünün cəsədini müvafiq qaydada nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verilib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 01:43-də başa çatıb.

Xətai Rayon Polis İdarəsindən isə APA-ya bildirilib ki, qəza nəticəsində dünyasını dəyişən şəxs Daxili İşlər Nazirliyinin Metropolitendə Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Mais Əhmədovdur.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?