Modern.az

Keçmiş nazirin adı terrorçular siyahısına salındı

Keçmiş nazirin adı terrorçular siyahısına salındı

Dünya

18 Dekabr 2012, 14:33

ABŞ Livanın keçmiş informasiya naziri Mişel Samahanı “xüsusi təyin edilmiş qlobal terrorçu” adlandırıb. Buna səbəb isə keçmiş nazirin Bəşər Əsəd rejiminə Livana hücumlara başlamaqda köməklik etməsi ilə bağlı iddialardır.
Modern.az “ƏL-Ərəbiyyə”yə istinadən bildirir ki, ABŞ tərəfi bu barədə belə deyib: ”Samaha avqust ayının 9-da həsb olunmuşdu. O, Livan liderlərinə sui-qəsd hazırlamaqda və bu cür hücumları təşkil etmək üçün ölkə ərazisinə partlayıcı maddələrin keçirilməsində ittiham olunurdu. ABŞ Əsəd rejimi tərəfindən regionda sabitliyi pozmağa və qonşu dövlətlərin işlərinə qarışmağa yönəlmmiş cəhdləri ifşa etməyə davam edəcək”.
 64 yaşlı Mişel  Samaha həm Livan, həm də Kanada vətəndaşıdır. 1990-cı illərdə Livanın turizm və informasiya naziri olub.
Samaha rəsmi şəkildə ABŞ Dövlət Departamenti  tərəfindən “qlobal terrorçu” kimi siyahıya alınıb.

Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!