Modern.az

Ruslara kələk gələn erməni mafiyası

Ruslara kələk gələn erməni mafiyası

18 Dekabr 2012, 15:28

Rusiyada saxta pul əskinasları hazırlamaqla məşğul olan ermənilərdən ibarət mütəşəkkil dəstə ifşa edilib. Modern.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, cinayətkar dəstə üzvləri arasında Belarus və Ukrayna vətəndaşları da ələ keçirilib.

Rusiyanın Daxili İşlər Nazirliyindən bildirilib ki, erməni mafiyası düz 40 milyon rubl ( 1,3 milyon dollar) həcmində saxta vəsaitləri dövriyyəyə buraxıb.

Saxta pulların Rusiyanın bütün bölgələrində, həmçinin Ukrayna, Belarus və Ermənistanda da satıldığı məlum olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir