Modern.az

Ad günündə Mehriban Vəzir haqda xalq artisti nə dedi? - Rubrika

Ad günündə Mehriban Vəzir haqda xalq artisti nə dedi? - Rubrika

18 Dekabr 2012, 15:57

Modern.az-ın “Ad günü” rubrikasının bugünkü qonağı yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mehriban Vəzirdir. Yazıçının 55 yaşı tamam olur. M.Vəziri doğum günü münasibətilə müğənni, Xalq artisti Flora Kərimova təbrik edib və yazıçı haqqında fikirlərini oxucularla bölüşüb:

“Çox ləyaqətli, hədsiz hörmət etdiyim gözəl bir insan və ən önəmlisi hər qadının vəzifəsi olan gözəl bir ana haqqında mən nə deyə bilərəm!? Artıq təbiət onun haqqında özü o qabiliyyətləri görəndə danışdı. Təbiətin bu güclüsünə heç nə əlavə edə bilmərik. Mən onun xətrini həddən çox istəyirəm və o qadına yaxınam. Onun ailəsinə də yaxınam, onun azacıq da olsa, ürək ağrısına bələdəm. Öpürəm, qucaqlayıram, təbrik edirəm.

Gözüdolu yaşasın, gözüdolu görsün, balasından yarısın, xoşbəxt olsun. Xoşbəxt nənə olsun, mənim kimi xoşbəxt quda olsun. Hər şey ürəyincə olsun!”.

Təbriki çatdırmaqda vasitəçilik etdi: Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi