Modern.az

“Şamaxı qırmızı terrorun hədəfində”

“Şamaxı qırmızı terrorun hədəfində”

18 Dekabr 2012, 16:00

“Şamaxı qırmızı terrorun hədəfində (1930-40-cı illər repressiyaları)” adlı
kitabı işıq üzü görüb. Modern.az xəbər verir ki,  millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə 2011-ci ildən başlayaraq Şamaxının 20-ci əsr tarixinin araşdırılması ilə bağlı layihəyə start verilib. Ötən il bu layihə çərçivəsində “Azərbaycanda erməni vəhşiliyi – Şamaxı soyqırımı (1918-ci il)” adlı beynəlxalq konfransı keçirilib Azərbaycan və ingilis dillərində “Şamaxı soyqırımı – 1918-ci il” kitabı nəşr edilib.
Bu günlərdə çapdan çıxan “Şamaxı qırmızı terrorun hədəfində (1930-40-cı illər repressiyaları)” kitabı da həmin layihənin tərkib hissəsidir. Elxan Süleymanov, Məhərrəm Zülfüqarlı və Dəyanət Musayevin müəllifliyi ilə Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda 1930-40-cı illərdə sovet hökumətinin Şamaxıda həyata keçirdiyi repressiyalardan, xüsusilə Təklə faciəsi və “Şamaxı prosesi”ndən ətraflı bəhs olunub. Kitabda həmçinin, sovet repressiya aparatının qurbanı olan şamaxılılar haqqında geniş məlumat verilib.

  Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq