Modern.az

Dövlət Sosial Müdafiə Fondundan pensiyaçılara şad xəbər

Dövlət Sosial Müdafiə Fondundan pensiyaçılara şad xəbər

18 Dekabr 2012, 16:47

“Gələn həftənin sonuna kimi pensiyaların verilməsi başa çatacaq. Biz çalışacağıq ki, bayrama kimi pensiyaların verilməsi yekunlaşsın”. Bu barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verilib.

“Dekabr ayı üçün pensiyaların maliyyələşməsi artıq başlanılıb. Bakı şəhəri üzrə bütün rayonlara verilib, qurtarıb. İndi digər rayonların maliyyələşməsinə başlamışıq. 2003-cü ildən bəri biz ənənəvi olaraq, pensiyaların maliyyələşməsini ayın 30-a kimi başa çatdırmağa çalışırıq. Bu il də belə olacaq. Dekabrın 30-a kimi pensiyaların verilməsi tam yekunlaşacaq. Bizdə qrafik belədir ki, birinci Bakı şəhəri üzrə verilir Sonra məcburi köçkünlərin məskunlaşdığı rayonlar, Naxçıvan, sonra isə digər bölgələr üzrə verilir. Beləliklə, ayın axırına kimi pensiyaların ödənilməsi məsələsi qapanır Gələn həftənin sonuna kimi pensiyaların verilmə prosesi başa çatacaq”.

Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub