Modern.az

Vüqar Səfərli Lənkəranda konfrans keçirib

Vüqar Səfərli Lənkəranda konfrans keçirib

18 Dekabr 2012, 17:07

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dekabrın 18-də Lənkəran şəhərində yerləşən “Heydar Əliyev Mərkəzində” regional konfrans keçirilib.
“İnforormasiya əldə etmək haqında qanunvericiliyin izahı ilə bağlı regional KİV-lərin maarifləndirilməsi” layihəsi çərçivəsində keçirilən tədbirdə ölkənin  cənub bölgəsində fəaliyyət göstərən  həm elektron, həm də çap KİV-lərin təmsilçiləri iştirak ediblər. Konfransa həmçinin, Bakıda fəaliyyət göstərən ümumrespublika yayımlı KİV-lərin rəhbərləri və təmsilçiləri qatılıblar. Yığıncaqda regional KİV-lərlə icra strukturlarının qarşılıqlı əməkdaşlığı məsələləri müzakirə edilib. Konfransın açılışında çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və KİVDF-nin icraçı direktoru Vüqar Səfərli KİV-lərlə icra strukturlarının əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətindən danışıblar.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək “İnformasiya əldə etmək haqqında” qanunun jurnalistlərə verdiyi hüquqlardan söz açıb. Fondun eksperti, hüquqşünas Aydın Kərimov “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanunu, ona əlavə və dəyişikliklər barədə məruzə ilə çıxış edib. Sonda KİVDF-nin icraçı direktoru Vüqar Səfərli regional KİV-lərin inkişafı üçün Fondun nəzərdə tutuduğu layihələr barədə geniş məlumat verib və tədbir iştirakçılarının suallarını cavablandırıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir