Modern.az

Mirmahmud Mirəlioğlu bəyanat verdi

Mirmahmud Mirəlioğlu bəyanat verdi

18 Dekabr 2012, 17:32

Klassik Xaql Cəhbəsi Partiyası (KXCP) bəzi xəbər saytlarının dağıdılması ilə bağlı bəyanat yayıb. Partiyandan Modern.az-a daxil olan məlumata görə, bəyanatda deyilir:

“Son zamanlar Azərbaycanda bəzi xəbər portallarının və informasiya agentliklərinin saytlarının müxtəlif haker qrupları tərəfindən dağıdılması artıq ənənə halını almaqdadır. Bu saytlar daha çox müstəqil və müxalif fikrin daşıyıcı olmaqla ən çox oxunan və izlənən xəbər portallarındadır. Dünən musavat.com, qafqazinfo.az və s. saytlarının dağıdılması da buna misaldır. Müstəqil fikir daşıyıcı olan saytların dəfələrlə sıradan çıxarılması və aidiyyatı dövlət qurumlarının buna hər hansı reaksiya verməməsi və gərəkli tədbirlər görməməsi narahatlıq yaratmaqla yanaşı müəyyən şübhələrə də yol açır. Aparıcı informasiya portallarının dağıdılması onu göstərir ki, dövlətin azad informasiya yayımı və mediaya təhlükəsizliyi məsələsi ilə bağlı gördüyü işlər çox zəifdir.

KXCP aidiyyatı qurumları baş vermiş hadisənin obyektiv və operativ araşdırılaraq tədbir görülməsi və gələcəkdə oxşar problemlərin təkrarlanmaması üçün gərəkən addımları atmağa çağırır”.

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır