Modern.az

“Azərsu” işçilərini belə öyrədir - FOTO

“Azərsu” işçilərini belə öyrədir - FOTO

18 Dekabr 2012, 17:21

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti işçilərin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqlarının, iş təcrübəsinin yüksəldilməsinə xüsusi diqqət yetirir. Bu məqsədlə işçilər mütəmadi olaraq təlimlərə və peşə kurslarına cəlb olunur.

 Cari ilin aprel ayından  etibarən müxtəlif fəaliyyət sahələri üzrə 20-dək təlim keçirilib, “Azərsu” ASC-nin  idarə və müəssisələrinin 432 mütəxəssisi bu tədbirlərdə iştirak edib.  “Azərsu” ASC-nin mətbuat xidmətinin məlumatına görə, təlimlər içməli su və çirkab su sistemlərinin tikintisi,  təmizləyici qurğuların və şəbəkələrnin istismarı, polietilen boruların qaynağın texnologiyası, mühasibat uçotu və sayğaclaşma mövzularında keçirilib. Təlimlərdə  yerli və xarici mütəxəssislər tərəfindən  istehsalatla bağlı məsələlər ətraflı izah olunmuş, yeni texnologiyalar barədə ekspert rəyləri dinlənilib. “Azərsu” ASC beynəlxalq təcrübənin və  qabaqcıl texnologiyaların mənimsənilməsi məqsədi ilə  gənc mütəxəssislərin xarici ölkələrdə təlimlərdə iştirakını təmin edir.  Bu məqsədlə Səhmdar Cəmiyyətin 80 əməkdaşı  (inşaatçılar,  hidrotexniklər, mexaniklər, energetiklər, kimyaçılar və s.) Türkiyənin İstanbul Sukanal İdarəsində (İSKİ) olub, hər birində 20 nəfər olmaqla müxtəlif təlim kurslarında iştirak edib. İSKİ-də keçirilmiş təlimlərdə türkiyəli mütəxəssislər hidrologiya, ekologiya, energetika, kimya və digər sahələr üzrə su təsərrüfatının idarə edilməsi, təmizləyici qurğuların  istismarı sahələrində yeni texnologiyaların tətbiqi ilə bağlı ətraflı məlumat verublər. “Azərsu” ASC-nin mütəxəssisləri təlimləri uğurla başa vurublar. 
Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir