Modern.az

Səhiyyə Nazirliyi: “Azərbaycanda 1 milyon insan pulsuz müayinə olunub”

Səhiyyə Nazirliyi: “Azərbaycanda 1 milyon insan pulsuz müayinə olunub”

18 Dekabr 2012, 17:52

Səhiyyə Nazirliyi dekabr ayının 1-dən “Sağlam həyat uğrunda” devizi altında pulsuz müayinələr aparır. Bu gün isə 30-dan çox jurnalist müayinələrdə iştirak edərək, nə dərəcədə sağlam olub-olmadıqlarını yoxladılar. Bunlar müxtəlif qəzetlətin, agentliklərin və televiziyaların əməkdaşları idi.

Pulsuz müayinə xidmətindən yararlanmaq istəyən paytaxt sakinləri də poliklinikalara axın edirlər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin Modern.az-a verdiyi məlumata görə, 10 gün ərzində 1 milyondan çox insan pulsuz müayinədən keçib: “Bu gün isə jurnalistlər üçün belə bir imkan yaradıldı. Media nümayəndələri gərgin işlə məşğul olduqlarından vaxtı-vaxtında müayinə və ya müalicə oluna bilmirlər. Biz də belə bir təşəbbüslə çıxış etdik ki, onlar da bu müayinələrdə iştirak edib öz sağlamlıqlarını yoxlasınlar. Çünki məhz onların çağırışı və bunu işıqlandırmaları idi ki, bu səhiyyə aylığı əhali arasında rezonans doğurdu. Əhali də bu müayinələrə həddindən artıq maraqlıdırlar”. 

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən dekabr ayının birindən etibarən təşkil olunan pulsuz müayinələr ayın sonuna kimi davam edəcək.

Gültəkin Ələsgər  

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?