Modern.az

Söyün Sadıqov “AzərRos”un prezidenti postundan istefa verib

Söyün Sadıqov “AzərRos”un prezidenti postundan istefa verib

18 Dekabr 2012, 17:57


Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti “AzərRos”un prezidenti Söyün Sadıqov qurumun rəhbəri vəzifəsindən getmək barədə ərizə yazıb. Bu barədə APA-nın Moskva müxbirinə S.Sadıqov özü bildirib.

S. Sadıqov prezident vəzifəsindən getməsi barədə qərarın “AzərRos”un Rəyasət Heyəti tərəfindən verəcəyini qeyd edib: “Qurumun Rəyasət Heyətinin iclası dekabrın 25-26-da keçiriləcək və mənim prezident vəzifəsindən getmək barədə ərizəmə baxılacaq. Ərizəm qəbul olunacağı təqdirdə, təşkilatı növbəti qurultaya qədər vitse-prezidentlərdən biri idarə edəcək”.

S. Sadıqov “AzərRos”un növbəti qurultayının 2013-cü ilin oktyabrında keçiriləcəyini söyləyib: “Mənə Rusiya Milli Birlik Partiyasının qurultayını keçirmək və bu partiyaya rəhbərlik etmək təklif olunub. Hazırda bu istiqamətdə fəaliyyət göstərirəm”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI