Modern.az

Müsəlmanların Ümrə ziyarəti başlayır

Müsəlmanların Ümrə ziyarəti başlayır

18 Dekabr 2012, 18:33

Cümə günündən başlayacaq Ümrə ziyarəti üçün lazım olan bütün hazırlıqlar tamamlanıb. Modern.az-ın məlumatına görə, bu sözləri Səudiyyə Ərəbistanının həcc naziri, doktor Bəndər bin Məhəmməd deyib.

Həcc naziri bildirib ki, Ümrə ziyarətində qeydiyyat elektron formada olacaq. “Səudiyyə Ərəbistanının səfirliyi və konsulluğuna edilən müraciətlər elektron formada olacaq. Bu formata keçid isə qeydiyyatın daha tez olmasını təmin ediləcək”.   Kəbənin ətrafında davam edən genişləndirmə işlərinə də toxunan doktor Bəndər bin Məhəmməd təmir işlərinin Həcc mövsümünə qədər bitəcəyini bildirib.

Həcc naziri qeyd edib ki, təmirdən sonra Kəbəni 4 milyon insanın ziyarət edə biləcək. 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir