Modern.az

Sabah Milli QHT Forumunun qurultayıdır

Sabah Milli QHT Forumunun qurultayıdır

18 Dekabr 2012, 18:51

“Milli QHT Forumunun sabah “Kemspinski Hotel Badamdar”da keçriləcək 8-ci qurultayı ilə bağlı hazırlıq işləri yekunlaşıb və tədbirin yüksək səviyyədə keçirilməsi nəzərdə tutulub”. Bu sözləri Modern.az-a açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib. O, qeyd edib ki, qurultaya foruma üzv olan bütün təşkilatlar dəvət olunub, onlardan 400-ə qədəri gəlmələri barədə təsdiq verib.
“Qurultaya rayondan gələcək olanlar da var. Ona görə də hava şəraiti ilə əlaqədar ola bilər ki, onlar gəlməsin. Ancaq üzvlərimizin böyük əksəriyyəti iştirak edəcək. Bundan əlavə, dövlət qurumları, özəl sektor, media nümayəndələri də qurultayda iştirak edəcək. Eyni zamanda Milli QHT Forumuna üzv olmayan təşkilatlar da foruma dəvətlidir”.

  R.Zeyni bildirib ki, sabah forumun rəhbər orqanlarına verilən prezidentliyə, idarə heyətinə və nəzarət-təftiş komissiyasına namizədlər arasından yeni prezident, idarə heyəti və nəzarət-təftiş komissiyası üzvləri seçiləcək.
“Prezidentliyə mən də namizədliyimi irəli sürmüşəm, məndən başqa daha iki nəfər namizədliyini verib. İdarə heyətində isə 27 yerə qarşı 39 nəfər namizədliyini irəli sürüb. 7 nəfər isə nəzarət-təftiş komissiyasına. Onların hamısına uğurlar arzu edirəm”. Rauf Zeyni eyni zamanda qurultayın proqramını da açıqlayıb. Belə ki, 07:45-də qurultay iştirakçıları Fəxri Xiyabana, daha sonar Şəhidlər Xiyabanına ziyarət edəcək. 09:30-da isə qurultay öz işinə başlayacaq.  

Aytən Əliyeva
 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir