Modern.az

Litvanın yeni səfiri Milli Məclisin dostluq qrupu ilə görüşüb

Litvanın yeni səfiri Milli Məclisin dostluq qrupu ilə görüşüb

18 Dekabr 2012, 19:11

Litvanın Azərbyacana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Arturas Jurauskas Milli Məclisin Litva-Azərbyacan dostluq qrupunun üzvləri ilə görüşüb. Bu barədə məlumat verən Milli Məclsin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fuad Muradov  Modern.az-a bildirib ki, görüş zamanı hər iki ölkənin parlamentləri arasında əlaqələr, dövlətlərarası münasibətlər müzakirə olunub. Görüşdə Azərbaycan –Litva əlaqələri yüksələn xətlə inkişaf etdiyi vurğulanıb və bildirilib ki, bu işdə dövlət başçılarının, hökumət və parlament rəhbərlərinin keçirdikləri görüşlər, aparılan danışıqlar mühüm rol oynayıb. Yeni səfir  bildirib ki, diplomatik fəaliyyətində hər iki ölkənin parlamentləri arasında münasibətlərin genişlənməsi üçün  bütün səylərini göstərəcək.
Görüşdə dostluq qrupunun üzvü, deputat Çingiz Əsədullayev də  iştirak edib.

Qeyd edək ki, 2012-ci ilin oktyabr ayında Aərbyacana təyin olunmuş yeni səfir Arturas Jurauskas öz diplomatik karyerasına 1993-cü ildə Litva XİN-də başlayıb. Arturas Jurauskas səfir postunda  Kyastutis Kudzmanası əvəzləyib.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır