Modern.az

Mərhum jurnalist haqqında kitab buraxıldı

Mərhum jurnalist haqqında kitab buraxıldı

18 Dekabr 2012, 22:09

Modern.az xəbər verir ki, “MİRAS” İctimai Birliyi tərəfindən hazırlanan və bir sıra xeyirxah insanların dəstəyi ilə çap edilən mərhum jurnalist Ceyhun Nağıya həsr olunmuş “39-cu pillədə qırılan ömür” adlı kitabın təqdimat mərasimi olacaq.  İctimai Birlikdən verilən məlumata görə, kitabda mərhum jurnalistin yazdıqları və onun barəsində yazılan yazılar toplanıb.
Təqdimat mərasimi 20 dekabr tarixində Atatürk Mərkəzində baş tutacaq.

Ceyhun Nağı 2011-ci il avqustun 10-da 39 yaşında ürək tutmasından vəfat edib. Mərhum doğma kəndində - Tovuz rayonunun Düz Cırdaxan kəndində torpağa tapşırılıb.
C.Nağı "Yeni Müsavat", "Gündəlik Azərbaycan", “Həftə içi” qəzetlərində çalışıb. Dünyasını dəyişməzdən öncə "Həftə içi"ndə redaktor işləyirdi.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir