Modern.az

Xətaidə istilik yoxluğunun səbəbi açıqlandı: sürüşmə!

Xətaidə istilik yoxluğunun səbəbi açıqlandı: sürüşmə!

19 Dekabr 2012, 10:10

Bakının Xətai rayonu Tusi küçəsində sakinlər soyuqdan donurlar. Sakinlərin Modern.az-a ünvanladıqları şikayətə görə, bu ünvanda mənzillərin istilik məsələsi həll edilmədiyindən mənzillərin isidilməsində problemlər yaşanır. Sakinlər deyir ki, bir müddət öncə “Azəristiliktəchizat” ASC-dən həmin ərazinin sürüşmə zonasında yerləşdiyini əsas gətirərək, qazanxananın köçürüləcəyini və mənzillərin istiliklə təchiz olunmasında heç bir problem yaşanmayacağını söyləmişdilər. Amma bir ildən çoxdur ki, bu problem qalır. Soyuqlar düşdüyündən mənzilləri heç bir vasitə ilə qızdıra bilmirik.

  “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Modern.az-a açıqlamasında bildirdi ki, həmin ərazidə istilik xətləri sürüşmə zonasına düşdüyündən onun istismarı qadağan olunub:
“Tusi küçəsində bizim mənbələrə qoşulmuş 50-60 bina var. Bu binalardan bəziləri var ki, istiliyi fərqli-fərqli mənbələrdən alırlar. Elə binalar da var ki, istilik almır. Neçə illər idi ki, həmin ərazidə yaşayan sakinlər istiliyi Fəhlə prospektdəki mənbədən alırdılar. İndi həmin əraziyə gedən magistral istilik xətləri sürüşmə zonasına düşdüyündən onun istismarı qadağan olundu. Alternativ variant kimi belə qərara gəlindi ki, hər bir həyətdə yeni qazanxana tikilsin. Binaları var. Sadəcə olaraq istilik mənbələri müasirləşdirilərək qazanxanalara çevriləcək. Proses təzə başlanılıb. Hardasa bir aya iş yekunlaşacaq”.  

Gültəkin Ələsgər    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır