Modern.az

Təlabaninin səhhəti yaxşılaşıb

Təlabaninin səhhəti yaxşılaşıb

19 Dekabr 2012, 10:25

İraq prezidenti Cəlal Təlabaninin səhhəti ilə bağlı yeni açıqlama verilib. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Təlabaninin həkimləri onun vəziyyətinin getdikcə yaxşıya doğru dəyişdiyini bildiriblər.  

İraqın paytaxtı Bağdadda yerləşən Mədinə Sağlamlıq Mərkəzində həkim nəzarətində saxlanılan Təlabanininm  həyati riski olmadığı, ürək, böyrək və damarlarının normal çalışdığı qeyd edilib.

Həmçinin bildirilib ki, bu gün prezidenti müayinə etmək üçün İngiltərədən bir qrup həkim gələcək.

Qeyd edək ki, dünən mətbuatda halı pisləşərək xəstəxanan yerləşdirilən İraq prezidentinin ölüm xəbəri yayılmışdı.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir