Modern.az

Azərbaycanın GUAM-dakı sədrlik dövrü uğurlu qiymətləndirilib

Azərbaycanın GUAM-dakı sədrlik dövrü uğurlu qiymətləndirilib

19 Dekabr 2012, 11:10

Azərbaycanın GUAM-dakı sədrliyi çox uğurlu keçib. APA-nın xəbərinə görə, bunu GUAM Parlament Assambleyasının 5-ci iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan GUAM-ın baş katibi Valeri Çeçelaşvili jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycanın təşkilatdakı sədrliyinin nəticələrini şərh edən V.Çeçelaşvili qeyd edib ki, ötən müddət ərzində bir çox mühüm tədbirlər keçirilib: “Onlardan biri dekabrın əvvəlində Dublində keçirilən GUAM Xarici İşlər Nazirləri Şurasının iclası olub. Azərbaycanın sədrliyinin akkordu isə dünən Nyu-Yorkda GUAM və BMT arasında əməkdaşlıq üzrə qətnamənin konsensus yolu ilə qəbul olunmasıdır ki, bu da təşkilatın beynəlxalq münasibətlər sistemindəki nüfuzunu və mövqeyini möhkəmləndirir. Ona görə də Azərbaycanın GUAM-dakı sədrliyini çox uğurlu qiymətləndirirəm. Düşünürəm ki, GUAM Parlament Assambleyasının iclasında bu ilin yekunlarını və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəyik”.

V.Çeçelaşvili GUAM-ın gələn il Bakıda keçirilməsi planlaşdırılan sammitinin tarixinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə müzakirə olunacağını da söyləyib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi