Modern.az

Bakıda GUAM Parlament Assambleyasının iclası keçirilir

Bakıda GUAM Parlament Assambleyasının iclası keçirilir

Aktual

19 Dekabr 2012, 11:34

Bu gün Bakıda, Azərbaycan Milli Məclisinin binasında GUAM Parlament Assambleyasının (PA) 5-ci iclası işə başlayıb.

 

APA-nın məlumatına görə, iclasa GUAM PA-nın sədri, Azərbaycan parlamentinin deputatı Elton Məmmədov sədrlik edir.

E.Məmmədov açılış nitqində bildirib ki, bu iclasın Bakıda keçirilməsi təşkilatın gələcək fəaliyyətinin gücləndirilməsində xüsusi rol oynayacaq. Onun sözlərinə görə, sön dövrlər təşkilatın beynəlxalq aləmdə çəkisi artıb: “Təşkilata üzv ölkələrdə Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və Dnetsryanı münaqişələrinin hələ də həll olunmaması Avropanın təhlükəsizliyinə ciddi zərbə vurur və iqtisadi əməkdaşlığın genişləndirilməsinə əngəl yaradır. Yalnız beynəlxalq hüququn tanıdığı ərazi bütövlüyü çərçivəsində regionda sabitlik bərqərar ola bilər”.

Qeyd edək ki, toplantıda GUAM PA-nın milli nümayəndə heyətləri ilə yanaşı, GUAM-ın baş katibi Valeri Çeçelaşvili və üzv ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələri də iştirak edir. GUAM PA-nın 5-ci iclasında quruma üzv dövlətlərdə Avropaya inteqrasiya prosesləri, “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində parlamentlərarası əlaqələrin rolu, GUAM regionunun enerji potensialı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində təşkilata üzv dövlətlərin iştirakı, humanitar, elmi-texniki sahələrdə əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır