Modern.az

Emin Musəvi “Lider" TV-də...

Emin Musəvi “Lider" TV-də...

19 Dekabr 2012, 11:52

“Azad Azərbaycan” telekanalının keçmiş əməkdaşı, ATV-dəki “Rəsmilər qeyri-rəsmi”, “22-ci saat” verilişinin müəllifi və aparıcısı olan Emin Musəvini bundan sonra “Lider” TV-də görəcəyik. Modern.az xəbər verir ki, Emin Musəvi müəllifi və aparıcısı olduğu “Rəsmilər qeyri-rəsmi” verlişini “Lider TV”də davam etdirəcək. Bu barədə məlumatı onun özü də təsdiqləyib. Emin Musəvi “Rəsmilər qeyri-rəsmi” verlişi ilə yeni ildə “Lider” TV-də tamaşaçıların qarşısına çıxacaq.

E.Musəvi əvvəllər “Space” telekanalında aparıcı kimi çalışıb. 1999-2000-ci illərdə “Azad Azərbaycan” teleşirkətinin ilk əməkdaşlarından olub. 2004-cü ildə ATV-nin 106.3 FM radiosu yaranandan bəri burada fəaliyyətini davam etdirib və 8 il radioda çalışıb. Eyni zamanda ATV-də “Rəsmilər qeyri-rəsmi”, “22-ci saat” kimi müəllif verilişləri hazırlayıb.  

Mail Ağaxanov 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər