Modern.az

Məşhur cazmen Əzizə Mustafazadəyə Cavan Zeynallıdan maraqlı ad günü təbriki - RUBRİKA

Məşhur cazmen Əzizə Mustafazadəyə Cavan Zeynallıdan maraqlı ad günü təbriki - RUBRİKA

19 Dekabr 2012, 15:08

Modern.az saytının “Ad günü” rubrikasında bu dəfə məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı Əzizə Mustafazadədən bəhs olunur. Bu gün - dekabrın 19-da pianoçunun 43 yaşı tamam olub.
Caz ifaçısı Cavan Zeynallı Modern.az vasitəsilə Əzizə xanımı təbrik edərək, xoş sözlərini çatdırıb.

“Allah Vaqif Mustafazadəyə qəni-qəni rəhmət etsin. O, ideal insan idi. Elə adamlar çox az olur Ona görə mən o ailəni çox sevmişəm və həmişə dostluq etmişəm. Mən Vaqif Mustafazadəni çox istəmişəm o da məni çox istəyib. Biz bir gün bir-birimizi görməyəndə Vaqif məni axtarmağa başlayırdı. Əzizəni mən həmişə əlimdə tutmuşam, əlimdə böyüyüb.  Məşqlər olanda Əzizəni mənə verirdilər ki, mən onu saxlayım. Deyirdilər ki, uşağı tut, biz indi gəlirik. Belə hadisələr çox olurdu.
Vaqif rəhmətə gedəndən sonra mən ona dəstək oldum, onun pianoda ifasına baxmışam. Əzizə xanımın beynəlxalq aləmdəki fəaliyyətinə çox sevinirəm. Onun Polşada birinci yeri tutmağına çox sevindim. Çox sevinirəm ki, onu hamı tanıyır.

Əzizə, ad günün münasibətilə səni təbrik edirəm. Neçə belə ad günlərinə çıxasan”.

Daha sonra Cavan Zeynallı Əzizə xanımı musiqi ifa edərək təbrik etdi: 

- Happy Birthday to you
Happy Birthday to you
Happy Birthday Əzizə...

Qeyd edək ki, Əzizə Mustafazadə hazırda anası Elza Mustafazadə ilə bərabər Almaniyada yaşayır.

Təbriki çatdırmaqda vasitəçilik etdi: Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub