Modern.az

Xoşqədəm Hidayətqızı ilə Fazil Mustafa “Bu şəhərdə”nin hədəfində...

Xoşqədəm Hidayətqızı ilə Fazil Mustafa “Bu şəhərdə”nin hədəfində...

Mədəni̇yyət

19 Dekabr 2012, 15:30


“Bu şəhərdə” yumoristik qrupunun üzvləri Rafael və Coşqun mart ayına planlaşdırdıqları tamaşada kimləri parodiya edəcəklərini açıqlayıblar.

Modern.az
xəbər verir ki, iki tanınmış aktyor Rafael İsgəndərov və Coşqun Rəhimov bu dəfə “ATV” telekanalında jurnalist Xoşqədəm Hidayətqızının  apardığı “Səni axtarıram” verlişi və “Tı kto takoy, davay dosvidaniya” meyxanasının müəllifləri İntiqam və Ehtiram Rüstəmov qardaşları ilə bağlı parodiyalara geniş yer verəcəklərini bildiriblər.
Məlumata görə, “Bu şəhərdə”nin aktyorları onları qadın paltarı geyinməyə görə tənqid edən deputat Fazil Mustafa ilə bağlı parodiya hazırlayacaqlar.

Qeyd edək ki, bir müddət öncə millət vəkili Fazil Mustafa məşhur parodiya ustaları Rafael və Coşqunu sərt tənqid edib. Deputat hacı titulu daşıyan aktyorların reklam çəkilişləri üçün qadın paltarı geyinməsininin doğru olmadığını və bu hərəkətin onları hörmətdən saldığını bildirmişdi.


Mail Ağaxanov


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər