Modern.az

Günel Mövlud Salam Sarvanın təhqirinə cavab verdi

Günel Mövlud Salam Sarvanın təhqirinə cavab verdi

19 Dekabr 2012, 15:44

“Mən azad sözün tərəfdarıyam”. Bu sözləri Modern.az-a açıqlamasında gənc yazar Günel Mövlud şair Salam Sarvanın onu təhqir etməsinə münasibət bildirərkən deyib.

“Salam Sarvan öz fikirlərini yazıb. Mən nə deyim. Azad sözün, azad fikrin tərəfadarıyam. Bu yazı məndə aqressiya, mənfi heç nə oyatmır”.

Qeyd edək ki, şair Salam Sarvan kulis.az dərgisinin baş redaktoru Qanturalının Azərbaycan Yazıçılar Birliyinin sədri Anardan aldığı müsahibə ilə bağlı "Qafqazinfo"ya öz mövqeyini bildirib və qeyd edib ki, "Günel Mövlud bu müsahibə haqqında yazdığı yazıyla cındırlıq elədi". 
Günel Mövlud isə bu sözə görə Salam Sarvana ciddi reaksiya verməyib...

Sevinc İltifatqızı  
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir