Modern.az

JuHİ Avropa Jurnalistlər Federasiyasına üzv qəbul edilib

JuHİ Avropa Jurnalistlər Federasiyasına üzv qəbul edilib

19 Dekabr 2012, 16:49

Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı (JuHİ) Mərkəzi ofisi Brüsseldə yerləşən Avropa Jurnalistlər Federasiyasına (EFJ) üzv qəbul edilib. Federasiyanın prezidenti Arne Köniq JuHİ sədri Müşfiq Ələsgərliyə bu münasibətlə rəsmi təbriklərini çatdırıb.  

Məlumat üçün bildirək ki, Avropa Jurnalistlər Federasiyası (European Federation of Journalists-EFJ) otuzdan artıq ölkədə 260.000 jurnalisti təmsil edən, Avropanın ən böyük jurnalist təşkilatıdır. Baş ofisi Brüsseldə yerləşən EFJ  üzv ittifaqlar və assosiasiyalar arasında əməkdaşlığı inkişaf etdirmək, regional təşkilat qrupları vasitəsilə həmkarlar ittifaqlarının inkişafına dəstək verməyi özünün əsas missiyası sayır.  EFJ medianın bütün sahələrində çalışan jurnalistlərin sosial və peşə hüquqları uğrunda mübarizə aparır. O, Avropa jurnalistlərini təmsil edən orqan kimi Avropa İttifaqı, Avropa Şurası və Avropa Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən tanınır. Qurum Avropanın bütün hissələrində fəaliyyət göstərir, həmkarlar ittifaqları və peşəkarlığa dair məsələlərə dəstək verir və Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə müvafiq olaraq jurnalistlərin hüquqları ilə yanaşı ifadə və informasiya azadlığını müdafiə edir.  Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir