Modern.az

Bakıdakı turizm sərgisində Türkiyə tərəfdaş ölkə olacaq

Bakıdakı turizm sərgisində Türkiyə tərəfdaş ölkə olacaq

22 Fevral 2010, 14:57

Bu ilin 28-30 aprel tarixləri arasında Bakıda düzənlənəcək 9-cu Azərbaycan Beynəlxalq Səyahətlər və Turizm Sərgisində Türkiyə ilk dəfə tərəfdaş ölkə olaraq iştirak edəcək. Modern.az xəbər verir ki, Türkiyə Səfirliyi Mədəniyyət və Tanıtma Müşaviri Melda Araz turizmin Türkiyə üçün önəmli bir sektor olduğunu, tərəfdaş ölkə olaraq yer alacaqları bu sərgidə Türkiyənin sahib olduğu tarixi, mədəni və turizm əhəmiyyəti kəsb edən dəyərlərin bütün ziyarətçilərə və turizm sektoru təmsilçilərinə təsirli bir şəkildə tanıdılmasının qarşıya məqsəd qoyulduğunu bildirib. Melda Araz Türkiyə turizminin tanıdılması məqsədi ilə 2010-cu ildə ölkəsinin 59 ölkədə, o cümlədən, dünya turizmi üçün böyük önəm kəsb edən Almaniya, Rusiya, Hollandiya, İngiltərə, İtaliya, İspaniya kimi ölkələrdə 145 sərgidə iştirak edəcəyini və iştirakçısı olacaqları bu sərgilərdə bu il İstanbul Avropa Mədəniyyət Paytaxtı olması vəsiləsiylə İstanbulda düzənlənəcək çeşidli mədəni və sənət təbirlərinin də duyurulacağını açıqlayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı