Modern.az

Azay Quliyev 2013-2018-ci illərdə QHT-lərin inkişaf proqramından danışıb

Azay Quliyev 2013-2018-ci illərdə QHT-lərin inkişaf proqramından danışıb

19 Dekabr 2012, 19:03
Azərbaycanda növbəti illərdə QHT-lərin fəaliyyətinə dəstək məqsədilə bir sıra addımların atılması planlaşdırılır.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib.
 
Azərbaycanda hazırlanmış 2013-2018-ci illərdə QHT-lərin inkişafı üzrə Dövlət Proqramında bir çox məsələlərin əksini tapdığını deyən A.Quliyevin sözlərinə görə,  burada təklif olunan əsas məsələlərdən biri hesabatların şəffaflaşdırılması və sadələşdirilməsi ilə bağlıdır: «Biz təklif edirik ki, 5 min manata qədər büdcəsi olan QHT-lər Maliyyə Nazirliyinə hesabat verməkdən azad olunsunlar. Çünki bu kiçik məbləğdir və onun üçün də sənəd təqdim etməyə ehtiyac yoxdur. Sonrakı mərhələdə bu məbləğin 10 min manatadək artırıla bilər. İkinci təklif isə hesabatın strukturunun sadələşdirilməsi, elektron formatda təqdimatı ilə bağlıdır».
 
Proqramda QHT-lərin inkişafının davamlılığının artırılması üçün əlavə maliyyə resurslarının cəlb olunması, özəl sektorla əlaqələrin möhkəmləndirilməsi və s. yer alır.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı