Modern.az

Əfv Komissiyasının iclası keçirilməyib - AÇIQLAMA

Əfv Komissiyasının iclası keçirilməyib - AÇIQLAMA

20 Dekabr 2012, 10:01

“Əfv Komissiyasının ilkin iclası olacaq. Amma dəqiqi vaxt deyilməyib” .

Bu barədə Modern.az-a Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, əməkdar müəllimə Cəmilə Ramazanova deyib. O, bildirib ki, Əfv Komissiyasının ilkin iclası olmalıdır. C.Ramazanovanın  sözlərinə görə, iclasın bu günlərdə keçirilməsi planlaşdırlıb: “İclasın vaxtı ilə bağlı hələ heç nə deyilməyib. Amma iclas olacaq. Hələ ki, rəsmi heç bir şey yoxdur”.

Millət vəkili, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Bəxtiyar Əliyev isə Komissiyanın ilkin iclas vaxtı ilə bağlı heç bir məlumat deməsə də bildirib ki, Komissiya və onun işçi qrupu daimi olaraq bununla bağlı işləyir və işini yekunlaşdırdıqdan sonra Prezidentə təqdim edir. 

Qafqaz Müsəlmanları İdarəsindən isə Modern.az-a bildirilib ki, şeyxülislam Allahşükür Paşazadə Əfv Məsələləri Komissiyasının üzvü kimi iki gündür qurumun iclaslarında iştirak edir...

Gültəkin Ələsgər  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır