Modern.az

“Qiyamət günü” üçün Şirincəyə gedən azərbaycanlılar kimlərdir?

“Qiyamət günü” üçün Şirincəyə gedən azərbaycanlılar kimlərdir?

Aktual

20 Dekabr 2012, 13:50

Sabah dünyanın sonunun olacağına və yalnız Türkiyədəki Şirincə kəndinin salamat qalacağına inanan şəxslərin ora axını var...

Mayya təqvimindən sui-istifadə edənlər 21 dekabr tarixini dünyanın sonu kimi qələmə verməyə çalışır, insanlar arasında xof yaradırlar. Belə iddialarda bildirilir ki, Türkiyənin İzmir vilayətinin Şirincə kəndi “qiyamət günü”ndə salamat qalacaq. Bu deyilənlərə inanan dünyanın bəzi imkanlı şəxslərinin bir müddətdir həmin kəndə axını başlayıb.

İzmirdəki türkiyəli jurnalistlər Şirincəyə axınla bağlı geniş araşdırma aparıblar.
İzmir Qəzetçilər Cəmiyyəti bu barədə Modern.az saytına da məlumat göndərib.

Həmkarlarımızın bizə verdiyi məlumata görə, hazırda Şirincədə o qədər qələbəlik deyil.

“Doğrudur, Şirincə kəndinə xaricdən gələnlər var, amma bəzilərinin şişirtdiyi kimi, burada böyük əcnəbi kütləsi yoxdur, heç turistlərin də sayı o qədər çox deyil. “Qiyamət”lə bağlı Şirincədə azərbaycanlılar da var, amma onların arasında tanınmış simalara rast gəlmədik. Burada Almaniya, İngiltərə və Belçikadan gələn turistlərə daha çox rast gəlmək mümkündür”.

İzmir Qəzetçilər Cəmiyyətindən daxil olan məlumatda o da qeyd edilib ki, kənddəki bir neçə otel polis nəzarəti altındadır və buraya gələnlərlə bağlı bilgilər gizli saxlanılır və bu barədə açıq  informasiyalar verilmir.
Ümumilikdə otellərdə qalan əcnəbilərin siyahısı polis tərəfindən dəqiqləşdirilib.

İzmir jandarması bütün məlumatların Ankaraya ötürüldüyünü qeyd edib.

İzmirin Şirincə kəndindən Modern.az üçün xüsusi hazırlanmış reportaji bir qədər sonra saytımızda oxuya bilərsiniz.

Sevinc İltifatqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!