Modern.az

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

Ölkə

22 Fevral 2010, 16:22

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-də hava şəraitinin buludlu keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir.Şimal küləyinin sürəti 15-20 m/s olacaq, gecə və səhər arabir 23-25 m/s-dək güclənəcək, gündüz 9-14 m/s-dək mülayimləşəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Fevralın 24-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, gündüz arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyinin sürəti 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 6-9 dərəcə isti təşkil edəcək.

Fevralın 25-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif çiskinli olacağı gözlənilir. Cənub küləyinin sürəti 8-13 m/s təşkil edəcək. Havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 7-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 23-də hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyinin sürəti 15-20 m/s olacaq, arabir 23-28 m/s-dək güclənəcək, gündüz 5-10 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 8-10 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

24-25 fevralda hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, fevralın 25-də gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.

Xəbərdarlıq fevralın 22-də günün ikinci yarısından başlayaraq 25-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə 23-28 m/s-dək güclənəcək. Temperatur ötən günlərə nisbətən 7-10 dərəcə aşağı enəcək.

Tibbi-meteoroloji proqnoza görə, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Modern.az
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər