Modern.az

QHT Şurası illik hesabat hazırlayır

QHT Şurası illik hesabat hazırlayır

20 Dekabr 2012, 16:11

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şuradan Modern.az-a bildirlib ki, sədr Azay Quliyev iclası açaraq, gündəlikdə Şuranın dördüncü rüb fəaliyyətinin yekunları ilə bağlı hesabatın müzakirəsinin durduğunu bildirib. A.Quliyev hesbatlarda Şuranın fəaliyyətinin əsas məqamlarına, o cümlədən maliyyələşdirilən layihələrin effektivliyi və əldə edilmiş real nəticələrə diqqət yönəltməyin vacibliyini qeyd edib.  
Rüblük hesabatı Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov təqdim edib. Şura üzvlərinin qeyd və təkliflərindən sonra hesabat qəbul edilib.
Şuranın fəaliyyətilə bağlı ilin yekun hesabatının hazırlanması və hesabatın struktur quruluşu haqqında da Şura üzvləri bir sıra  təklif və tövsiyələr irəli sürüblər. Müzakirə olunan məsələlərlə bağlı qərar qəbul olunub.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi