Modern.az

Qənirə Paşayeva: “Ciddi işlərin görülməsinə ehtiyac var” - AÇIQLAMA

Qənirə Paşayeva: “Ciddi işlərin görülməsinə ehtiyac var” - AÇIQLAMA

20 Dekabr 2012, 16:37

“Dövlət səviyyəsində başqa millətlərə və dinlərə qarşı dözümsüzlüyün, nifrətin necə böyük ağır faciələrə, soyqırımlara səbəb olduğunu biz  Ermənistanın torpaqlarımızı işğalı zamanı yaşamış bir xalq və dövlət olaraq dünyanın harasında və kimlərə qarşı törədilməsindən asılı olmayaraq hər kəsi bu cür hallara qarşı sərt mübarizəyə səsləyirik.

Modern.az-ın məlumatına görə, bu fikirləri “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın genişləndirilməsi” I Beynəlxalq Bakı Forumunda iştirak etmiş millət vəkili Qənirə Paşayeva “Tolerantlıq və ifadə azadlığı” mövzusundakı  geniş məruzə ilə çıxışı zamanı səsləndirib.  Millət vəkili çıxışında bildirib ki, Avropa məkanında və ümumiyyətlə, dünyada dözümsüzlüyün və ksenofobiyanın artması, tolerantlığın azalması ciddi narahatlıq doğurur: “Biz bunun səbəblərini ciddi təhlil etməli və onlara qarşı sərt mübarizə aparmalıyıq. Doğrudur, bu istiqamətdə din xadimlərinin, dini icmaların üzərinə çox böyük yük düşür. Amma siyasətçilərin, medianın, qeyri-hökumət təşkilatlarının da üzərinə böyük yük düşür. Məsələn, Avropa məkanını götürsək görərik ki, bəzi ölkələrdə bəzi siyasətçilərin, siyasi partiyaların bəyanat və açıqlamaları insanlar arasında dözümsüzlüyü, ksenofobiyanı artırır. Bu prosesi dünyanın müxtəlif bölgələrində də görə bilərəik. Düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, müharibələr bugünkü dünyanın reallığıdır. Bu gün dünyada qarşıdurmaların və münaqişələrin sayı azalmır, əfsuslar olsun ki, artır”.

Deputat çıxışında Avropada və dünyada tolerantlığın, dözümlülüyün, xoşgörünün getdikcə azalmasının hamını xüsusilə gəncləri ciddi narahat etməli olduğunu deyib:  “Bizim atalarımız  2-ci dünya müharibəsinin nələrə səbəb olduğunu çox yaxşı bilir. Biz tarixdən dərs almalıyıq. Amma təssüf ki, dünyada  bəzi ölkələr və siyasətçilər hələ də bundan dərs çıxarmayıb və irqçi, başqa millətlərə, mədəniyyətlərə qarşı dözümsüzlük siyasəti yürüdürlər. Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan bunun nə demək olduğunu yaxşı bilir. Bu gün dünyada ən çox müzakirə olunan mövzu mədəniyyətlətarası və sivilizasiyalararası dialoqdur. Amma biz hər gün bu sahədə vəziyyətin daha da gərginləşdiyini görürük. Demək ki, danıışmaqdan daha çox bu istiqamətdə dünyada ciddi işlərin görülməsinə ehtiyac var.  Dialoq dözümlülükdən deyil fərli mədəniyyətlərin daşıyıcılarının biri-birinə qarşılıqlı hörmətindən keçir. Amma Avropada bəzi güclərin, siyaçətçilərin irqçi düşüncələr altında siyasət yürütməyə başladığını deyən millət vəkili Qənirə Paşayeva bunun Avropanın gələcəyi üçün mənfi nəticələr göstərə biləcəyini deyib. 

Qənirə Paşayeva bildirib ki, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq indi dünyada ən aktual mövzulardan biridir: “Dünyanın müxtəlif ölkələrində bu problemə həsr olunmuş çoxlu sayda konfranslar, forumlar keçirilir. Ancaq bu mövzu tez-tez gündəmə gətirilsə də, əfsuslar olsun ki, mövcud vəziyyətə onun təsiri olduqca azdır. Biz elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlərin sayı artır. Məhəmməd Peyğəmbəri təhqir edən filmin çəkilərək nümayiş edilməsi, ifadə azadlığı adı altında Peyğəmbərimizin karikaturalarının çəkilməsi, Quranın yandırırlması kimi hadisələr 1,5 milyarda yaxın  müsəlmanların ülvi hisslərinə bir hörmətsizlikdir və hansı dinin mənsubu olmasından asılı olmayaraq hər kəs insanlığın və dünyanın gələcəyi naminə bu kimi hallara qarşı öz etirazını bildirməlidir.

Harada və kim tərəfindən törədilməsinə baxmayaraq, müqəddəs dini kitabların yandırılmasını, təhqir edilməsini qətiyyətlə pisləməliyik. Dini inamımızdan asılı olmayaraq hər birimiz. Təəssüf ki, biz bunu görmürük. Həmin hadisədən sonra nə baş verdiyini xatırlayaq. Bir radikallıq başqa bir radikallığa səbəb oldu və biz bunun şahidi olduq. Biz unutmamalıyıq ki, biz müxtəlif dinlərdə bir Tanrıya dua edirik. Ona görə də müxtəlif dinlərə və etnik qruplara məxsus insanların biri-birinə sadəcə dözümlü yanaşması, tolerantlıq göstərməsi kifayət deyil, dünyanın gələcəyi üçün biz onların biri-birinə hörmət etməsi üçün çalışmalıyıq. Biz mədəniyyətlər və sivilizasiyalararası dialoqun vacibliyini böyüyən uşaqlarımıza ailədən, məktəbdən başlayaraq öyrətməliyik. Unutmamalıyıq ki, dözümsüzlük qarşıdurmanı, çatışmanı və ağır fəsadları doğurur.

Dözümsüzlüyün artması, tolerantlığın azalması və ksenofobiyanın nələrə səbəb olduğunu görməmiz üçün dünyada bir çox örnəklərin var və biz onlardan dərs almalıyıq”.

Qənirə Paşayeva Azərbaycan xalqının bu bəlalardan əziyyət çəkmiş bir xalq olduğunu deyib: “Məhz bunun nəticəsidir ki, Ermənistan hökuməti etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları Ermənistandakı öz ev-eşiyindən qovdu və bu gün orada bir azərbaycanlı belə yaşamır. Məhz onun nəticəsi idi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirərək 20 mindən çox  insanı qətlə yetirdi, 1 milyon insanı öz yurdlarından didərgin saldı, dinc azərbaycanlılara qarşı Xocalıda soyqırımını törətdi. Biz bu cür hadisələrdən nəticə çıxarmalı və dözümsüzlüyün, ksenofobiyanın nələrə səbəb olduğunu görməli və dünyanın harasında baş verməsindən asılı olmayaraq ona qarşı sərt mübarizə aparmalıyıq”.

Millət vəkili bildirib ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkədir və Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir: “Bugünkü bu tədbirin məhz Bakıda keçirilməsi də bunun bir örnəyidir və Azərbaycan tez-tez bu cür tədbirlərə ev sahibliyi edir.  Bu gün Azərbaycan əsl dialoq məkanına çevrilir. Biz dinlər və mədəniyyətlərarası dialoqun daha da genişləndirilməsi üçün çox çalışmalıyıq. Mən öz ölkəmin örnəyini demək istəyirəm. Azərbaycan Şərqlə Qərb arasında bir körpü olaraq bu məsələyə böyük önəm verir. Buna görə də Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər arasında çox gözəl münasibətlər var. Təbii ki, bu da insanlarımızın, dövlətimizin, millətimizin gələcəyi baxımdan çox önəmlidir.”

Millət vəkili Qənirə Paşayeva mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun genişlənməsində ailələrin üzərinə düşən roldan da danışıb. O, çıxışında Avropada və dünyada tolerantlığın, dözümlülüyün, xoşgörünün getdikcə azalmasının hamını ciddi narahat etməli olduğunu deyib: “Bu gün dünyada ən çox müzakirə olunan mövzu mədəniyyətlərarası və sivilizasiyalararası dialoqdur. Amma biz hər gün bu sahədə vəziyyətin daha da gərginləşdiyini görürük. Demək ki, danışmaqdan daha çox bu istiqamətdə dünyada ciddi işlərin görülməsinə ehtiyac var. Dialoq dözümlülükdən deyil, fərli mədəniyyətlərin daşıyıcılarının biri-birinə qarşılıqlı hörmətindən keçir. Bu isə ilk növbədə ailədə verilən tərbiyədən başlayır.”

Amma Avropada bəzi güclərin, siyaçətçilərin irqçi düşüncələr altında siyasət yürütməyə başladığını deyən millət vəkili Qənirə Paşayeva bunun Avropanın gələcəyi üçün mənfi nəticələr göstərə biləcəyini deyib. Millət vəkili Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa önəm verdiyini, Azərbaycanın bu istiqamətdə örnək ölkələrdən biri olduğunu və çalışmalar həyata keçirdiyini deyib.

Millət vəkili Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa önəm verdiyini, Azərbaycanın bu istiqamətdə örnək ölkələrdən olduğunu və çalışmalar həyata keçirdiyi deyib.

O, sosial mediyanın da mədəniyyətlətarası dialoqun  genişlənməsində böyük rol oynaya biləcəyini deyib. Qloballaşan dünyada  sosial  mediya  böyük  bir gücdür. Onun yaxşı istifadə olunması toplumun inkişafına, pis istifadə olunması isə kütləvi qırğın silahı kimi topluma dəhşətli mənfi təsir göstərə bilər. Ona görə də gənclər sosial mediyadan necə yararlana bilmələri üçün davamlı şəkildə bilgiləndirilməli, təhsillərini artırmalıdırlar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu