Modern.az

Bakıda dava salan erməni prezidentliyə namizəd olacaq

Bakıda dava salan erməni prezidentliyə namizəd olacaq

20 Dekabr 2012, 17:48

Bakıda Asiya Siyasi Partiyalarının (İCAPP) Beynəlxalq Konfransında çıxış edən Ermənistanın keçmiş xarici işlər naziri, "İrs" Partiyasının sədri Raffi Ovanisyan prezidentliyə namizəd olacağını açıqlayıb. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ovanisyanın rəhbəri olduğu partiyadan bildirilib.

“Miras" müxalif partiyasının parlament fraksiyasının lideri, deputat Ruben Hakobyan müxalifətin prezident seçkilərində Raffi Ovannisyanı dəstəkləyəcəni deyib.

Onun sözlərinə görə, müxalifətin vahid namizədi olaraq Raffi Ovanisyanın namizədliyi irəli sürülməlidir.

Qeyd edək ki, Ermənistanda növbəti prezident seçkiləri gələn il fevralın 18-də keçiriləcək.

Anar

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?