Modern.az

Elşad İskəndərov “Bakı forumu”nun yekunlarından danışdı

Elşad İskəndərov “Bakı forumu”nun yekunlarından danışdı

20 Dekabr 2012, 18:17


“Bu gün çox səmərəli müzakirələr nəticəsində forumun iştirakçıları ümumi prinsipi razılaşdırıblar. Ümumi prinsiplər və gələcək fəaliyyəti müəyyən edən qərarlar “Bakı platforması” adlı bəyannaməyə daxil edilib”.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Bakıda keçirilən beynəlxalq dini forumun yekunlarından danışarkən deyib.

“Ümumi prinsiplərin arasında ən mühümü olaraq, Azərbaycanda tolerantlıq modelinin bir əsas kimi götürülməsini qeyd edə bilərəm. Burada etnik təmizləmələr və işğalçı siyasətdən danışılır. Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının qərarlarına əsasən, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi siyasət bu prinsiplərə daxildir və birmənalı şəkildə pislənib. Bu işğal nəinki Azərbaycanda, həmdə regionda sülh və əminamanlıq üçün təhlükə olaraq, beynəlxalq səviyyədə dinlərarası münasibətlərədə neqativ təsir göstərən amil kimi qiymətləndirilib. Daha əməli müstəvidə olan qərarlar arasında Bakı forumunun iştirakçılarından ibarət və 3 beynəlxalq təşkilat -İslam Əməkdaşlıq Təşkilatı, BMT, İSESCO-nun da qatıldığı daimi fəaliyyət göstərəcək bir şəbəkənin yaradılması nəzərə alındı. Bu şəbəkədə dini liderlər, alimlər, dövlət nümayəndələri, media təmsilçiləri olacaqlar”.

DQİDK sədri gələcəkdə bu şəbəkənin böyüyəcəyini və 3 istiqamətdə fəaliyyət göstərəcəyini deyib. Onun sözlərinə görə, “Bakı forumu”nun katibliyi əlaqələndiriləcək və gələcəkdə sadəcə Azərbayanda deyil, dünyanın başqa yerlərində də bu qrupun daha genişlənmiş heyətinin toplantılarının keçirilməsi nəzərdə tutulur”.

Anar Kəlbiyev   

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir