Modern.az

Prezidentin müşaviri də Azərbaycan mediasına “Qiyamət günü”ndən danışdı

Prezidentin müşaviri də Azərbaycan mediasına “Qiyamət günü”ndən danışdı

20 Dekabr 2012, 18:37

“Onun haqda danışanlara deyin ki, Peyğəmbər (s.ə.s ) bildirir ki, qiyamət gününün nə vaxt olacağını heç kəs deyə bilməz”. Bunu Modern.az-a açıqlamasında İran İslam Respublikası prezidentinin Bakıya gələn müşaviri və Məzhəblərarası Yaxınlaşma Cəmiyyəti Ali Şurasının sədr müavini Mövləvi Eshaq Mədəni deyib. İran prezidentinin müşavirinin sözlərinə görə, hədis kitabında qeyd olunur ki, hətta Peyğəmbər (s.ə.s ) özü qiyamət gününün nə vaxt baş verəcəyini bilmədiyini deyib.

“Rəqəmlərlə bağlı əbcəd deyilən bir elm sahəsi var. Bəziləri ondan çıxış edərək, belə fikirlər səsləndirirlər. Amma bu, həqiqətə, yəqinə əsaslanan elm deyil. Buna görə də sabah qiyamətin olacağı barədə fikirlərin heç bir əsası yoxdur”-deyə İran rəsmisi bildirib. 

Qeyd edək ki, bütün dünyada dekabrın 21-nin dünyanın sonu olacağı barədə xəbərlər insanlara rahatlıq vermir. 

Anar Kəlbiyev  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir