Modern.az

Lalə Şövkət "Ölkə" qəzetini məhkəməyə verdi

Lalə Şövkət "Ölkə" qəzetini məhkəməyə verdi

22 Fevral 2010, 19:37

Azərbaycan Liberal Partiyanın (ALP) lideri Lalə Şövkət ona «KQB» agenti böhtanı atdıqlarına görə, «Ölkə» qəzetinin redaksiyasına, baş redaktor Rəfael Becanova və ona böhtan atmış «Orxan Sultanəli» təxəllüslü müəllifinə qarşı Yasamal Rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

Partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, Lalə Şövkət cavabdehlərin atılmış böhtanın təkzib edilməsini, üzr istənilməsini və cavabdehlərin hər birinin 100 min manat məbləğində cərimə edilərək, bütün məbləğin Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatın hesabına köçürülməsini tələb edib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir