Modern.az

“Aşıq Şəmşir” Ocağı tələbələri mükafatlandırdı - FOTO

“Aşıq Şəmşir” Ocağı tələbələri mükafatlandırdı - FOTO

21 Dekabr 2012, 09:51

“Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir”  Mədəniyyət Ocağı İctimai Birliyi görkəmli mütəfəkkir, dahi şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyi münasibətilə tədbir keçirib. Tədbirdə öncə Hüseyn Cavid haqqında Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin magistrantı Ayşən Sadıqlının hazırladığı video-çarx nümayiş etdirilib. Daha sonra tədbiri giriş sözü ilə açan filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı iştirakçılara “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlunun salamlarını çatdırıb. Tədbir barədə məlumat verən Ə.Cabbarlı bildirib ki, görkəmli mütəfəkkir, dahi şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyi münasibətilə “Aşıq Şəmşir”  Mədəniyyət Ocağı İctimai Birliyi BDU-nun tələbələri arasında “Hüseyn Cavid və Azərbaycan ədəbiyyatı” mövzusunda məqalə müsabiqəsi elan edib və müsabiqənin qalibləri aşağıdakı kimi müəyyənləşdirilib:

I yer – Zibeydə Həşimova (Filologiya fakültəsi)

II yer – Səmra Əsgərzadə (Jurnalistika fakültəsi)

III yer – Könül Abdullayeva (Kitabxanaçılıq-informasiya fakültəsi)

Həvəsləndirici yerlər:

Günay Eyyubzadə (Kitabxanaçılıq-informasiya fakültəsi)

Ceyhun İsmayılzadə (Filologiya fakültəsi)

Fəridə Abdıyeva (Jurnalistika fakültəsi)

Aysel Həsənova(Kitabxanaçılıq-informasiya fakültəsi)

Qaliblərə İctimai Birlik adından pul mükafatı, diplom, kitablar və digər hədiyyələr təqdim olunub. Daha sonra çıxış edənlər - BDU-nun prorektoru, tarix elmləri doktoru, professor Sani Hacıyev, professor Bayram Allahverdiyev, dosent Azad Qurbanov, dosent Knyaz Aslan və başqaları tədbirin əhəmiyyətindən bəhs ediblər. Natiqlər Hüseyn Cavid irsinə yüksək dəyər verən ulu öndər Heydər Əliyevin H.Cavidin cənazəsinin uzaq Sibirdən gətirilərək doğma Naxçıvan torpağında dəfn olunmasındakı xidmətlərini xüsusi vurğulayıblar.

Tədbirin sonunda çıxış edən “Aşıq Şəmşir”  Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini

Həbib Misirov iştirakçılara İctimai Birliyin rəhbərliyi adından təşəkkürünü bildirib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?