Modern.az

Milli Məclis 5 məsələni müzakirədən çıxartdı

Milli Məclis 5 məsələni müzakirədən çıxartdı

21 Dekabr 2012, 12:16

Bu gün Milli Məclis payız sessiyasının son iclasını keçirir. Modern.az-ın məlumatına görə , parlamentin bugünkü gündəliyinə 29 məsələ salınmışdı.
Amma iclas başlayanda spiker Oqtay Əsədov bildirib ki, gündəliyə təklif olunan 5 məsələ parlamentin yaz sessiyasına saxlanılacaq. Bunlar aşağıdakı məsələlərdir:

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

"Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanunununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

"Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

"Sərhəd qoşunları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir