Modern.az

Baş Səhiyyə İdarəsi: “21 dekabr ajiotajı təcili yardımın işində əksini tapmayıb”

Baş Səhiyyə İdarəsi: “21 dekabr ajiotajı təcili yardımın işində əksini tapmayıb”

Aktual

21 Dekabr 2012, 12:28

“21 dekabr ajiotajı ilə bağlı Təcili Tibbi Yardıma müraciət edənlərin sayında artım olmayıb”. Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyevin Modern.az-a verdiyi məlumata görə, 21 dekabr da adi günlərdən biridir. Bu günlə bağlı heç bir ajiotaj yaşanmır. Rəis müavini onu da qeyd edib ki, ötən gün də Təcili Tibbi Yardıma müraciət edənlərin sayında artım olmayıb:
“Ötən gün adi vaxtlarda olduğu kimi keçib. Gərginlik, ajiotaj yoxdur. Sakitlikdir. Heç bir problem yoxdur. Ötən gün də Təcili Tibbi Yardıma müraciət edənlərin sayında artım olmayıb”.

 

Gültəkin Ələsgər    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür