Modern.az

Bakıda Pirallahı rayonu yaradıldı

Bakıda Pirallahı rayonu yaradıldı

21 Dekabr 2012, 14:37

Bu gün Milli Məclisin 2012-ci il üçün sonuncu iclası keçirilib. Modern.az saytı xəbər verir ki, iclasda müxtəlif qanun layihələri müzakirə olunub. Həmçinin  bu gün keçirilən iclasda Bakı şəhər inzibati ərazi vahidinin tərkibində Pirallahı rayonunun yaradılması haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Belə ki, layihəyə əsasən, Xəzər rayonunun ərazisində inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilərək yeni Pirallahı rayonunun yaradılması və Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil edilməsini nəzərdə tutulub. 

Yeni yaradılan rayonun inzibati ərazi bölgüsünə Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri daxildir.

Eyni zamanda millət vəkilləri  həmçinin Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi barədə məsələləri də  müzakirə ediblər. Bununla da, Gəncə şəhərinin ərazisi 2694 hektar genişləndirilərək 12,5 min hektara çatdırıb.

Sonda  qanun layihələri səsə qoyularaq qəbul edilib.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər