Modern.az

Hüseynbala Mirələmov da Nadir şah haqqında roman yazır

Hüseynbala Mirələmov  da Nadir şah haqqında roman yazır

Mədəni̇yyət

16 Sentyabr 2009, 14:36

                                               

Deputat, yazıçı-dramaturq Hüseynbala Mirələmov Nadir şah haqqında yeni roman üzərində işləyir. Qeyd edək ki, indiyədək “Nadir Şah” adlı roman çap olunaraq satışa çıxarılıb ki, onun da müəllifi  “Olaylar” qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri Yunus Oğuzdur. Muzey Mərkəzində “Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri ilə keçirilən  görüşdə çıxış edən Hüseynbala Mirələmovla  “Nadir Şah” romanının müəllifi  Yunus Oğuz arasında maraqlı dialoq olub. Yunus Oğuzun  “ yeni hansı əsər üzərində işləyirsiniz” sualını millət vəkili belə cavabladırıb. “Yunus müəllim, deyəcəm, amma inciməyin. Nadir Şah haqqında roman üzərində işləyirəm. Sizin romanı oxumuşam, təsirlənmələr də olmayacaq”. Hüseynbala Mirələmovun sözlərinə görə romanı əldə etdiyi  yeni materiallar əsasında yazır. “Sizin romanda rast gəlmədiyim fərqli tarixi materiallar əldə etmişəm. Çalışıram  ki, Nadir şah haqqıda yazılmayan məlumatlar olsun. Romanın adı Nadir şah olmayacaq. Ola bilər ki, “Hökmdarın ölümü” yaxud başqa ad olsun”.

Modern.az  Hüseynbala Mirələmovun Nadir şah haqqında yeni roman yazmasına Yunus Oğuzun münasibətini öyrənib: “Mənim buna münasibətim normaldır. Tarixi romanlar nə qədər çox yazılsa, bizim uğurumuzdur. Hüseynbala müəllimə yeni tarixi faktlar məlumdursa, mən onu alqışlayıram. Amma mənim romanımda bəzi məqamlar var ki, onları bilərəkdən yazmamışam. Bu o demək deyil ki, mənə məlum olmayan məqamlar var”. Bəs deputat H.Mirələmov romanın adını “Nadir şah” qoyarsa,  Y.Oğuz  bunu necə qarşılayar? “ Etiraz etmərəm. Oxucular münasibət bildirəcək ki, hansı roman daha əhatəli və dəyərlidir”-deyə Y.Oğuz cavab verib .

Xatırladaq ki, Yunus Oğuzun “ Nadir Şah” romanı bu il təkrar nəşrlə oxucuların ixtiyarında verilib.  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir