Modern.az

Asim Mollazadə: “Məclis kommunist rejimin cinayətkarlığı ilə bağlı sənəd qəbul etməlidir”

Asim Mollazadə: “Məclis kommunist rejimin cinayətkarlığı ilə bağlı sənəd qəbul etməlidir”

Aktual

21 Dekabr 2012, 14:44

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mədəniyyət haqqında” qanun layihəsi 3-cü oxunuşda müzakirəyə çıxarılıb. Modern.az xəbər verir ki, bu məsələ ilə bağlı çıxış edən Asim Mollazadə bildirib ki, Azərbaycanda muzey elmdən təcrid olunmuş şəkildədir. “Halbuki dünyanın bütün ölkələrində elmi mərkəzlər muzeylərlə işləyirlər. Muzey nəyisə nümayiş etdirmək üçün deyil, o həm də elmi mərkəzlər olmalıdır, ölkəsini hərtərəfli şəkildə təqdim edən bir mərkəz olmalıdır. Hesab edirəm ki, bu məsələ qanundan kənar qalıb, ona görə də burada öz əksini tapmalıdır”.

A. Mollazadə eyni zamanda başqa bir məsələyə münasibət bildirib. O, qeyd edib ki, bu gün Stalinin ad günüdür. “Qarabağa erməniləri məhz Stalin yerləşdirmişdi, Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya olunmasına hamıdan əvvəl Stalin başlatmışdı. 37-ci illərdə Azərbaycan alimlərinin Sibir çöllərində güllənməsini Stalin təşkil etmişdi. Azərbaycanda ümumiyyətlə bu məsələ ilə bağlı ümumi fikir oxdur. Hesab edirəm ki, məhz Azərbaycan parlamentində kommunist rejiminin cinayətkarlığı ilə bağlı sənəd qəbul olunmalıdır. Mütləq bu məsələ həll olunmalıdır”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!