Modern.az

İqtisadi İnkişaf Nazirliyi məcburi köçkünün torpağını əlindən alıb

İqtisadi İnkişaf Nazirliyi məcburi köçkünün torpağını əlindən alıb

21 Dekabr 2012, 14:56

“İqtisadi İnkişaf Nazirliyi məcburi köçkünlərin və “Sığınaq” şirkətinin torpaq sahəsinə əl qoyub”. Bunu məcburi köçkün və “Sığnaq” şirkətinin müdiri Xəqani Rzaquliyev Modern.az-a deyib. Şirkət rəhbərinin sözlərinə görə, 50 hektar torpaq sahəsinə və 15 nəfər məcburi köçkün ailəsinin torpaq sahəsini heç bir əsas olmadan, kompensasiya vermədən əllərindən alınır.

Xəqani Rzaquliyevin dediyinə görə, İqtisadi İnkişaf Nazirliyi prezident sərəncamını əsas gətirərək “Sığnaq” şirkətinin və Beyləqanda məskunlaşan Ağdərə və Ağdamdan olan 15 nəfər məcburi köçkün ailəsinin torpaq sahəsini əlindən alır. Buna görə bəzi fermerlərə kompensasiya ödənilsə də, xüsusilə müharibə əlillərinə, müharibə veteranlarına və şəhid ailələrinə heç bir kompensasiya verilməyib:

“Şirkətin torpaq sahəsi müharibə əlillərinə aiddir. Torpaq sahəsinin 20 hektarında yonca, 30 hektarında pambıq əkilib. Şəxsi fermam, su qülləm, transformator yarımstansiyam var. Bunların hamısına əl qoyublar ki, prezidentin sərəncamı varsa deməli bu bizimdir. Halbuki torpaq sahəsinin bütün sənədləri var. Həmin ərazidə yaşayan 15 məcburi köçkün ailəsinin də torpaq sahələri əllərindən alınır. Onların bəzilərinə kompensasiya verilsə də, yarısına verilməyib. Burada xüsusilə müharibə əlilləri, müharibə veteranları və şəhid ailələri seçiliblər. Belə ki, onlara kompensasiya verilməyib”.

Şirkət rəhbərinin dediyinə görə, İqtisadi İnkişaf Nazirliyi Nazirlər Kabinetinin 2012-ci il 11 aprel 90 S sərəncamı ilə özəl pilot taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı sərəncamını əsas gətirərək deyir ki, əgər belə bir sərəncam varsa, deməli, bu belə də olmalıdır. Bu sərəncama əsasən Beyləqan və Ağcabədi ərazilərində fermer təsərrüfatları yaradılmalıdır: “İllərlə təsərrüfatımız ola-ola kredit istəmişik verməyiblər amma hansısa türk vətəndaşına 10 milyon kredit verir. Məsələ ilə bağlı dəfələrlə etirazımızı bildirsək də heç bir nəticə verməyib. Hətta məcburi köçkünlər etiraz olaraq magistral yolu kəsdilər. Hətta Prezident Administrasiyasının aqrar siyasət şöbəsinin müdiri Azər Əmiraslanovun qəbulunda olduq. O da dedi ki, məsələ araşdırılacaq. Amma hələ ki, üstündən iki ay keçsə də, heç bir cavab verilməyib.

Gültəkin Ələsgər

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır