Modern.az

İcra başçısı sakinlərin problemlərini dinlədi

İcra başçısı sakinlərin problemlərini dinlədi

Aktual

21 Dekabr 2012, 15:35

Xəzər rayon İcra Hakimiyyətinin başçısının 2012-ci il üzrə yekun səyyar qəbulu  keçirilib. Modern.az-ın məlumatına görə, Mərdəkan  qəsəbəsində yerləşən  Mədəniyyət  evində keçirilən görüşdə icra başçısı Gülağa İslamovla yanaşı millət vəkili Rauf Əliyev, Xəzər rayon Sosial İnkişaf İdarəsinin rəhbəri İlqar Musatafayev, Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər  rayon İcra Hakimiyyəti Başçısının I muavini Ələkbər Heydərov və  Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri iştirak ediblər.

420 nəfər sakinin iştirak etdiyi görüşü rayon icra başçısı Gülağa İslamov Xəzər rayonunda gedən təmir-tikinti, abadlıq və quruculuq işlərindən danışıb. Bundan başqa sakinlərin qışa hazırlıqla bağlı verdikləri sualları cavablandıran Gülağa İslamov, bu barədə sakinlərlə geniş müzakirələr apardı. Görüşdə sakinlər qəsəbədə və ümumilikdə rayon ərazisində  gedən geniş miqyaslı işlərə görə icra başçısına öz təşəkkürlərini bildiriblər.

Daha sonra millət vəkil Rauf Əliyev çıxış edərək Xəzər rayonunun bütün qəsəbələrində Dövlət Proqramı Çərçivəsində 2013-cü ilin sonuna qədər mövcud problemlərin bir çoxunun  həllinin mümkün olacağını qeyd edib. 

Sonda Gülağa İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar