Modern.az

“Eurovision”da 39 ölkənin iştirak edəcəyi dəqiqləşib - SİYAHI

“Eurovision”da 39 ölkənin iştirak edəcəyi dəqiqləşib - SİYAHI

Mədəni̇yyət

21 Dekabr 2012, 18:18

Modern.az müsabiqənin rəsmi saytına istinadən bildirir ki, 2013-cü il 14, 16, 18 may tarixlərində İsveçin Malmö şəhərində keçiriləcək 58-ci “Eurovision-2013” musiqi yarışmasında 39 ölkə iştirak edəcəyini təsdiqləyib.

  Açıqlamada Türkiyə, Portuqaliya, Bosniya və Hersoqovina, habelə Sloveniyanın iştirak etməmək qərarları verdiyi qeyd edilib.   İştirak edəcək 39 ölkə bunlardır: Albaniya, Avstriya, Azərbaycan, Ermənistan, Belarus, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Makedoniya, Malta, Moldova, Çernoqoriya, Niderland, Norveç, Rumınya, Rusiya, San Marina, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, İsveç, Ukrayna və Böyük Britaniya.  

Avropa Yayım Birliyi Bosniya və Hersoqovina, Sloveniya və Portuqalyanın iqtisadi çətinliklər, Türkiyənin isə səsvermə sisteminə etiraz edərək iştirakdan imtina etdiyini açıqlayıb. 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir